Azərbaycanda orta aylıq əmək haqqı 6,2% artıb

Azərbaycanda orta aylıq əmək haqqı 6,2% artıb
# 15 aprel 2016 11:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 472,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 2520,5 manat, qeyri-neft sektorunda 423,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 355,1 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 641,6 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR