İranda baş verən fırtına və daşqın nəticəsində 4 nəfər ölüb

İranda baş verən fırtına və daşqın nəticəsində 4 nəfər ölüb
# 02 sentyabr 2016 13:40 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. İranın şimalındakı fırtına və daşqınlar nəticəsində azı 4 nəfər ölüb.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, güclü fırtına əsasən ölkənin şimal və şimal-qərb rayonlarında baş verib. Daşqınlar nəticəsində Gülüstan əyalətində ailə körpəsi ilə birlikdə həyatını itirib. Elə həmin əyalətdə ildırım vurması nəticəsində 70 yaşlı qadın ölüb.

"Güclü külək nəticəsində şəhər və kəndlərdəki 900 ev və Amol şəhərindəki 100 iş yeri zərər çəkib”,-deyə əyalətin qubernatoru Əhməd Monfared İRNA agentliyinə bildirib.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, fırtına cümə axşam saatlarına qədər Xorasan-Rezavi əyalətinin şimal-şərqinə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR