Sentyabrda 5 mindən çox daşınmaz əmlak icbari sığortaya cəlb olunub

Sentyabrda 5 mindən çox daşınmaz əmlak icbari sığortaya cəlb olunub
# 01 oktyabr 2015 12:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin sentyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 421 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Econopics”ə verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 796 min manat təşkil edib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 60%-i yaşayış evləri və mənzillər, 0,5%-i inzibati binalar, 39,4%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 42%, sığorta haqlarının məbləğində isə 19% azalma müşahidə edilib.

Sentyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 232, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 86 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 410 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 20 277 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR