Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 20 avqust 2016 00:10 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1981-ci il təvəllüdlü Samir Nəsibov bel və kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən və harada bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR