DİN: Xaçmazda iş adamı küt alətlə qətlə yetirilib

DİN: Xaçmazda iş adamı küt alətlə qətlə yetirilib
# 17 iyun 2016 09:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda iş adamının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, İ. Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR