“Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” layihəsinin təqdimatı keçirilib

“Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” layihəsinin təqdimatı keçirilib
# 22 sentyabr 2016 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi və BP-nin təşkilatçılığı ilə “Kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması” layihəsinin təqdimatı keçirilib.


APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BP şirkətinin regional prezidenti Qordon Birrell bildirib ki, yeni layihə çox düzgün bir vaxtda həyata keçirilir və kənd təsərrüfatı sahəsinin gücləndirilməsi istiqamətində ölkədə aparılan genişmiqyaslı səylərə töhfə verəcək: “BP Azərbaycanda bir sıra təhsil və təlim layihələri həyata keçirilib. Bu gün başladığımız layihə Təhsil Nazirliyi ilə birgə təşəbbüsdür və kənd təsərrüfatı sektoru üçün peşə təhsili və təlimi sisteminin modernləşdirilməsi istiqamətində ilk addımların atılmasını nəzərdə tutur”.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, iqtisadiyyatın ixtisaslı kadrlara olan tələbatının ödənilməsi və müasir iqtisadi çağırışlara çevik reaksiya verə biləcək peşə-ixtisas təhsili sisteminin formalaşdırılması Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biridir. Onun sözlərinə görə, ölkədə peşə təhsilinin inkişafına dövlət başçısının diqqətinin nəticəsi olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Nazir vurğulayıb ki, burada məqsəd ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, ölkə iqtisadiyyatı üçün rəqabət qabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR