Rəbiyyət Aslanova Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından çıxarılıb

Rəbiyyət Aslanova Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından çıxarılıb
# 21 aprel 2016 11:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2004-cü il 15 noyabr tarixli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamın “Komissiyanın üzvləri” hissəsində “Rəbiyyət Aslanova – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqları Komitəsinin sədri ” sözləri “Bahar Muradova - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri” sözləri ilə əvəz edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR