Marneulidə "NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzi" açılıb

Marneulidə "NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzi" açılıb
# 18 dekabr 2015 19:38 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət naziri Marneuli rayon icra hakimiyyətinin binasında "NATO və Avropa Birliyi haqqında Məlumat Mərkəzi" adlı regional nümayəndəliyini açıb.

Mərkəzin açılışında Slovakiyanın Gürcüstandakı səfiri Rudolf Mixalka, Kvemo-Kartli bölgə qubernatoru Paata Xizanişvili, NATO-nun Gürcüstandakı nümayəndəliyinin direktoru Yelena Qotsadze və digər rəsmilər iştirak edib.

David Bakradze Marneuli çıxış edərək Avropa və Avropa strukturlarına inteqrasiya prosesləri barədə ətraflı məlumat verib. Dövlət naziri APA-nın suallarını cavablandırıb. Onun sözlərinə görə, Marneulidə açılışı həyata keçirilən informasiya mərkəzi sayca 6-dır: “Bizim üçün Marneulidə bu mərkəzin açılışı çox vacibdir. Məqsədimiz dövlətçilik ənənələri və inteqrasiya prosesi barədə əhalini məlumatlandırmaqdır”. Nazir bundan əvvəl Acarıstan, Samegrelo, İmereti, Aşağı Kartli və Kaxeti bölgələrində məlumat mərkəzlərinin açıldığını bildirib. Qeyd edib ki, ilin sonunadək Samsxe-Cavaxeti və Quriya bölgəsində də informasiya mərkəzlərinin açılışı olacaq.

Məlumata görə, informasiya mərkəzi Slovakiyanın Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR