Əfqanıstan hökuməti “Taliban”la danışıqlara hazır olduğunu bəyan edib

Əfqanıstan hökuməti “Taliban”la danışıqlara hazır olduğunu bəyan edib
# 26 yanvar 2016 08:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Əfqanıstan hakimiyyəti “Taliban”la sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çində səfərdə olan Əfqanıstan xarici işlər naziri Salahuddin Rəbbani deyib.

“Biz “Taliban” nümayəndələrini danışıqlara dəvət etmişik. Göründüyü kimi problemin hərbi yolla həlli mümkün deyil, yalnız sülh yolu ilə tənzimlənə bilər. Qonşu Pakistandan da sülh prosesinin dəstəklənəcəyi ilə bağlı təminat almışıq. Biz danışıqların dərhal bərpa edilməsini istəyirik”, - deyə S. Rabbani Çin xarici işlər naziri Van İ ilə keçirdiyi birgə brifinqdə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR