Xankəndinin ermənilər tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub

Xankəndinin ermənilər tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub
# 28 dekabr 2015 08:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri “Əbədi Məşəl” kompleksi önün əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Xankəndindən olan deputat Flora Qasımova bildirib ki, Xankəndinin işğalı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi etnik təmizlənməyə məruz qalıb. Sonuncu yaşayış məntəqəsinin - Kərkicahanın işğalından sonra Xankəndindən 10 mindən azərbaycanlı çıxarılıb, 100-ə yaxın Xankəndi sakini qətlə yetirilib.

F. Qasımova ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışaraq deyib ki, Azərbaycan işğal olunmuş torpaqlarının azad olunması üçün öz gücünə arxalanmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR