Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn olunacaq

Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn olunacaq
# 27 noyabr 2015 12:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi sabah saat 12.00-da Akademiyanın akt zalında keçiriləcək. Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, mərhum akademik II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, akademik Tofiq Hacıyev bu gün dəm qazından zəhərlənərək dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR