Zığ və Masazırdakı sürüşmə sahələrində aktivlik müşahidə olunur

Zığ və Masazırdakı sürüşmə sahələrində aktivlik müşahidə olunur
# 05 yanvar 2016 11:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda Abşeron yarımadasındakı Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Masazırda, Qır gölünün ətrafındakı sürüşmə sahəsində də nisbi aktivlik qeydə alınıb: “Həmin ərazi elə böyük sahəni əhatə etməsə də, orada sürüşmə-oturma prosesi davam edir”.

Dəstə rəisi qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı digər sürüşmə sahələrində nəzərəçarpacaq aktivlik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR