Deputat: "Məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var"

Deputat: "Məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var"
# 13 oktyabr 2015 15:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Əgər vəzifəli şəxs bilsə ki, onun fəaliyyətsizliyi, yaxud qanunsuz fəaliyyəti sahibkarın hüquqlarını pozması onun məhkəmə qaydasında cəzalanması, sahibkarın da hüquqlarını bərpa etməsi ilə nəticələnəcək, o halda bugünkü qanunsuzluqların böyük əksəriyyəti baş verməyəcək. Ona görə də məhkəmə islahatlarının aparılmasına çox böyük ehtiyac var. Məhkəmə islahatları aparılmadan biz ölkədə bir çox problemləri həll və qanunun aliliyini təmin edə bilməyəcəyik”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, prezident İlham Əliyev son müşavirədə xalqın gözlədiyi çıxış edib və hökumət qarşısında çox ciddi vəzifələr qoyub: "Bu vəzifələrin icrası Azərbaycanın iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Bu vəzifələrin hətta 50%-i icra olunsa, gələn il biz iqtisadiyyatın inkişafı baxımından tamamilə fərqli Azərbaycan görə bilərik. Bunun üçün həm müvafiq qurumlar tərəfindən inzibati nəzarət, həm də ictimai nəzarət olmalıdır”.

Q. Həsənquliyev xüsusilə qeyd edib ki, problemlərin həlli üçün əsas yol ədalətli məhkəmə sisteminin olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR