Daşkəsən rayonunda qətldə şübhəli bilinən 2 nəfər tutulub

Daşkəsən rayonunda qətldə şübhəli bilinən 2 nəfər tutulub
# 23 sentyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daşkəsən rayonunda qətldə şübhəli bilinən 2 nəfər tutulub.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Daşkəsən şəhərində şəhər sakini Rəfayel Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.


Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerliləri, əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov və Elmir Məmmədov tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR