Asiya İnkişaf Bankı Gürcüstana75 milyon dollar ayıracaq - FOTO

Asiya İnkişaf Bankı Gürcüstana75 milyon dollar ayıracaq - <span style="color: red;">FOTO
# 06 oktyabr 2015 17:14 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Asiya İnkişaf Bankı (AİB) bu il Gürcüstana 75 mln dollar vəsait ayıracaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məlumat AİB ilə Gürcüstan Maliyyə Naziriliyi arasında imzalanan müqavilədə qeyd olunub. Məlumata görə, iki tərəf arasında qəbul edilən sənədi AİB-nın Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Elxan-Kaialarma İeshim və Gürcüstanın maliyyə naziri Nodar Xaduri imzalayıb.

İmzalanan müqavilə "Daxili resursların yaxşılaşdırılması kompleks proqramı" çərçivəsində kredit şəkilində ayrılıb.

Proqramın əsas məqsədi daxili resursları səmərəli şəkildə səfərbər etmək məqsədi ilə dövlət və özəl investisiyaların artırılmasıdır. Proqramda nəzərdə tutulmuş məbləğ tam olaraq dövlət büdcəsinə köçürüləcək.

Kredit müqaviləsi üç illik proqramın bir hissəsidir. Proqrama uyğun olaraq Gürcüstan və AİB arasındakı müqavilələr əsasında 2014-ci ildə AİB Gürcüstanın dövlət büdcəsinə 73,5 milyon dollar vəsait köçürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR