Goranboyda yaşayış evində partlayış olub, bir ailənin 4 üzvü yaralanıb

Goranboyda yaşayış evində partlayış olub, bir ailənin 4 üzvü yaralanıb
# 30 mart 2016 10:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Goranboyda yaşayış evində partlayış olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, martın 29-da saat 08.00 radələrində Bakı şəhər sakini Nadir Mehralıyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindəki kirayədə yaşadığı evdə təbii qaz sızmasından ani partlayış baş verib. Nəticədə evin dam örtüyündə və divarlarında çatlar əmələ gəlib, pəncərə və qapı şüşələri sınıb, yanıq xəsarəti almış N.Mehralıyev, arvadı Nailə, qızları Gülcəmal və Solmaz xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR