Azərbaycanda tranzit yüklərin daşınması qiymətləri dövlət tərəfindən tənzimlənəcək

Azərbaycanda tranzit yüklərin daşınması qiymətləri dövlət tərəfindən tənzimlənəcək
# 30 mart 2016 23:36 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu-APA. Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qiymətləri dövlət tərəfindən tənzimlənən malların xidmətlərin sayı artıb.

Dəyişikliyə əsasən bundan sonra dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR