Göygöl sakini Gəncədə bıçaqlanıb

Göygöl sakini Gəncədə bıçaqlanıb
# 31 mart 2016 05:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Göygöl rayon sakini Gəncədə bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Quşqara kənd sakini, 1988-ci il təvəllüdlü Samir Məmmədov bədənin müxtəlif hissələrinin kəsilmiş deşilmiş yarası xəsarətləri il Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR