Madridin “Real” klubu İspaniya kubokundan kənarlaşdırılıb

Madridin “Real” klubu  İspaniya kubokundan kənarlaşdırılıb
# 04 dekabr 2015 17:18 (UTC +04:00)

Bakı-APA. Madridin "Real" futbol klubu İspaniya kubokundan kənarlaşdırılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə İspaniya futbol federasiyası qərar verib.

Xatırladaq ki, “Real” İspaniya kubokunun 1/16 mərhələsində "Kadiz" klubuna qarşı oyunda cəzalı Rusiya futbolçusu Denis Çerışev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR