ABŞ-da orta məktəbdə atışma olub: yaralananlar var

ABŞ-da orta məktəbdə atışma olub: yaralananlar var
# 29 fevral 2016 22:52 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ohayo ştatındakı orta məktəblərin birində atışma verib, nəticədə üç şagird yaralanıb. APA-nın “Fox News”a istinadən verdiyi xəbərə görə, atəş açan şəxs saxlanılıb. Saxlanılan şəxsin şagird olub-olmaması barədə hələlik məlumat yoxdur.

Məlumata görə, insidentin baş verdiyi Medison şəhərindəki orta məktəb polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Hadisə yerinə iki tibbi helikopter cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR