KİV: OPEC üzvləri yeni baş katib seçib, hasilatın maksimum səviyyəsi ilə bağlı razılıq əldə etməyib

KİV: OPEC üzvləri yeni baş katib seçib, hasilatın maksimum səviyyəsi ilə bağlı razılıq əldə etməyib
# 02 iyun 2016 15:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. OPEC-ə üzv olan ölkələr Vyanada keçirilən sammitdə neft hasilatı ilə bağlı siyasəti saxlamaqla bağlı qərar qəbul ediblər.


"APA-Economics" “Reuters" agentliyinə istinadən xəbər verir ki, OPEC üzvləri hasilatın maksimum səviyyəsi ilə bağlı yeni həddin müəyyənləşdirilməsi ilə bağlı razılığa gələ bilməyib.

Analoji məlumatı danışıqlarda iştirak edən nümayəndələrdən biri "Bloomberg" agentliyinə verib.

Bundan başqa, agentlik yazır ki, sammitdə OPEC-in yeni baş katibi Nigeriyadan olan namizəd Məhəmməd Barkindo seçilib.

Bildirilir ki, onunla yanaşı bu vəzifəyə İndoneziyadan Mahendra Sireqar və Venesueladan Ali Rodriqesin namizədliyi irəli sürülmüşdü.

Hələlik Vyana sammitinin yekunları ilə bağlı rəsmi bəyanat yayılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR