Birinci rübdə Azərbaycanın neft məhsullarının satışından gəliri ikiqat azalıb

Birinci rübdə Azərbaycanın neft məhsullarının satışından gəliri ikiqat azalıb
# 18 aprel 2016 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-mart aylarında xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.


"APA-Economics" komitənin açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, I rübdə gömrük bəyannamələri əsasında 1 mlrd. 353 mln. 390,43 min ABŞ dolları dəyərində 5 mln. 437 min 54,07 ton xam neft ixrac olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,96% azdır. Məbləğ dəyərində isə bu göstərici 48,54% azalıb.

Ötən üç ay ərzində Azərbaycan 85 mln. 236,60 min dollar dəyərində 422 min 693,55 ton həcmində neft məhsulları ixrac edib ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə 29,03% azdır. Məbləğ dəyərində isə bu göstərici 2,34 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR