Tovuzda avtomobil piyadanı vurub

Tovuzda avtomobil piyadanı vurub
# 18 dekabr 2015 07:21 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol- nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Ələkbər Kamilov yolu keçmək istəyərkən rayonun Hacallı kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Şıxıyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub.

Piyada sağ bud sümüyün sınığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR