Səngəçal terminalına mühəndislik və tikinti xidmətləri göstərəcək şirkətin adı açıqlanıb

Səngəçal terminalına mühəndislik və tikinti xidmətləri göstərəcək şirkətin adı açıqlanıb
# 13 aprel 2016 10:50 (UTC +04:00)

Bakı - APA-Economics. "Worley Parsons" şirkəti BP-nin Xəzər regionunda (Azərbaycan, Gürcüstan və Türkiyə) həyata keçirilən layihələrində mühəndislik, satınalma və tikinti menecmenti üzrə (EPCM) podratçısı olub. "APA-Economics" xəbər verir ki, bu barədə "Worley Parsons" şirkətinin yaydığı məlumatda deyilir.

Tərəflər 5 illik müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, "Worley Parsons" ilk növbədə Səngəçal terminalı və Azərbaycan, Gürcüstan və Türkiyədə BP tərəfindən idarə olunan borular sistemi üçün EPCM xidmətləri göstərəcək.

Müqavilənin dəyəri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR