Azərbaycan və Pakistan ombudsmanları arasında memorandum imzalanıb

Azərbaycan və Pakistan ombudsmanları arasında memorandum imzalanıb
# 11 mart 2016 15:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsman Elmira Süleymanova Yaponiyanın Tokio şəhərində işgüzar səfərdə olub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər zamanı E. Süleymanova Pakistanın Federal ombudsmanı ilə insan hüquqlarının təmini və müdafiəsi, layiqli idarəetmə, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və birgə tədbirlərin keçirilməsini nəzərdə tutan qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.

Memorandumun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının Pakistan ərazisində, Pakistan vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsidir.

İmzalanma mərasimindən sonra Azərbaycan, İran, Çin, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR