Hava qeyri-sabit keçəcək, sulu qar, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ

Hava qeyri-sabit keçəcək, sulu qar, qar yağacaq, bəzi yerlərdə intensiv olacaq - <span style="color: red;">XƏBƏRDARLIQ
# 14 mart 2016 09:21 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Martın 15-16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Martın 14-ü axşamdan 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Martın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR