"PAŞA Həyat"ın rəsmisi İqtisad Universitetinin həyata keçirdiyi layihənin ilk iştirakçısı olub

"PAŞA Həyat"ın rəsmisi İqtisad Universitetinin həyata keçirdiyi layihənin ilk iştirakçısı olub
# 29 fevral 2016 11:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Karyera Mərkəzi” korporativ sektorun iştirakı ilə rəhbər şəxslərlə görüş layihəsi çərçivəsində universitetin bir qrup tələbə heyəti “PAŞA Həyat” sığorta şirkətində olub.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində ilk görüş (SABAH qruplarının tələbələri) “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin I müavini Niyaz İsmayılovla baş tutub.

Tələbələrə şirkətin tarixi və karyera imkanları, eləcə də təcrübə proqramları, təlim və seminarları haqqında geniş məlumat verən N. İsmayılov daha sonra özünün uğur karyerası barədə danışıb.

N. İsmayılov uğur karyerası barədə tələbələrə ilk karyera addımlarını atmaqda olduqca faydalı olacaq məsləhətlər verib.

Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda diskussiyalar aparılıb, real iş həyatı müzakirə edilib.

Qeyd edək ki, tələbələrin maarifləndirilməsi istiqamətində “PAŞA Həyat”da xüsusi layihə mövcuddur. Tələbələrin sığortaya olan marağını artırmaq, onları bu sahədə daha çox maarifləndirmək məqsədi ilə 2013-cü ilin iyul ayından “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihəsi həyata keçirilir.

Layihə çərçivəsində indiyədək 70 təlim keçirilib ki, bu təlimlərdə 1600-dən çox tələbə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR