SOCAR: Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq

SOCAR: Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq
# 18 sentyabr 2015 14:40 (UTC +04:00)

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda payız-qış mövsümü üçün ''Azneft'' İB-nin “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq aprel ayından başlanıb və cari ilin noyabr ayında başa çatdırılacaq.

İndiyədək anbarlara ümumilikdə 1 mlrd. 466 mln. 218 min kubmetr qaz vurulub ki, bunun da 680 mln. 422 min kubmetri “Qaradağ”, 785 mln. 796 min kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Mövsümün sonuna kimi anbarlarına ümumilikdə daha 2 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR