Bakıda caz-muğam konserti keçirilib

Bakıda caz-muğam konserti keçirilib
# 01 mart 2016 07:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Fransız musiqiçi Pier Treqomenin Azərbaycana ilk səfəri münasibətilə Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycanda Fransız İnstitutu, YARAT müasir incəsənət mərkəzi, məşhur marka "Président"in dəstəyi ilə caz muğam konserti təşkil edilib. APA-nın xəbərinə görə, konsertdə fransız musiqiçi Pier Treqomen və Azərbaycanlı muğam ifaçısı Qoçaq Əsgərov birgə səhnəyə çıxıblar.

Konsertin açılışında çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qeyd edib ki, bu tipli layihələr ikitərəfli əməkdaşlığın inkişaf etməsinin göstəricisidir. Onun sözlərinə görə, ifa edilən parçalar Şərq və Qərb mədəniyyəti vəhdətinin nümunəsidir.

Qeyd edək ki, Pier Treqoman xüsusilə Pakistan və İranın sufi mahnılarına müraciət edir. Muğam janrını da öz repertuarına daxil etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR