Lavrov: “ABŞ, Avropa İttifaqı və NATO ilə münaqişəyə girmək istəmirik”

Lavrov: “ABŞ, Avropa İttifaqı və NATO ilə münaqişəyə girmək istəmirik”
# 03 mart 2016 13:28 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Dünyada ciddi dəyişikliklər baş verir. Rusiya nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO ilə münaqişəyə girmək istəyir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiya qlobal siyasətdə” jurnalında yazdığı “Rusiya xarici siyasətinin tarixi perspektivləri” adlı məqaləsində bildirib.

S. Lavrovun fikrincə, Atlantik okeandan Sakit okeana qədər vahid iqtisadi və humanitar məkanın yaradılması vacibdir: “Rusiya qərbli tərəfdaşları ilə qarşılıqlı fəaliyyətə açıqdır. Avropalılar özləri Avrasiya İqtisadi Birliyinin Avropa ilə Asiya-Sakit okean regionu arasında inteqrasiya halqası olmasında maraqlıdır”.

Nazir Rusiyanın bir sıra məsələlərdə güzəştə getməyə hazır olduğunu da qeyd edib: "Ukrayna böhranının Minsk razılaşması əsasında nizamlanması daxil olmaqla, bizdən asılı olan məsələlərin həlli üçün əlimizdən gələni etməyə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR