Ağcabədidə 21 yaşlı qadın intihara cəhd edib - YENİLƏNİB - FOTO

Ağcabədidə 21 yaşlı qadın intihara cəhd edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 30 oktyabr 2015 14:58 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib. Atası Allahverdi Mustafayev APA-nın Qarabağ bürosuna bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb. O, qızının dəfələrlə zorakılığa məruz qaldığını deyib: “Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.

N. Qasımovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, baş həkim Bakıdan mütəxəssislər dəvət edib.

N. Qasımovanın ailə üzvləri Ağcabədi rayon Polis Şöbəsinə və rayon Prokurorluğuna müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR