"İpək Yolu Sığorta" I rübü mənfəətlə başa vurub

"İpək Yolu Sığorta" I rübü mənfəətlə başa vurub
# 25 aprel 2016 10:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “İpək Yolu Sığorta” ASC 2016-cı il aprelin 1-nə olan maliyyə hesabatını açıqlayıb. “APA-Economics” xəbər verir ki, şirkətin məcmu aktivləri 2015-ci illə müqayisədə 31,8% artaraq 42 mln. 097,681 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 1 mln. 285,411 min manat, qısamüddətli aktivləri 40 mln. 812,270 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 61,4% artaraq 18 mln. 801,537 min manat olub. 2016-cı ilin ilk üç ayında şirkətin uzunmüddətli öhdəlikləri 18 mln. 457,160 min manat, qısamüddətli öhdəlikləri isə 344,377 min manat təşkil edib.

Cari ilin I rübündə şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat, məcmu kapitalı isə 14,8% azalaraq artaraq 23 mln. 296 min 143,57 manat təşkil edib.

Hesabat dövründə “İpək Yolu Sığorta”nın cəmi gəlirləri 8 mln. 245 min 194,79 manat, cəmi xərcləri 7 mln. 759 min 447,58 manat olub.

Şirkət cari ilin ilk rübünü 485 min 747,21 manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR