Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 01 fevral 2016 10:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 31-də saat 10 radələrində Şahbuz rayonunun Daylaqlı kəndində rayon sakini Sahib Allahverdiyev idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən həmyerlisi Arif Əsədovu vurub. A.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR