Hadı Rəcəbli cənub bölgəsində yolların dağılmasının qarşısını almağa çağırıb

Hadı Rəcəbli cənub bölgəsində yolların dağılmasının qarşısını almağa çağırıb
# 15 mart 2016 14:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli hökuməti cənub bölgəsində yolların dağılmasının qarşısını almağa çağırıb.

APA-nın məlumatına görə, H. Rəcəbli Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı bildirib ki, Bakı-Astara yolunun təmir olunan hissəsi göz qabağında dağılıb gedir.

H. Rəcəbli diqqətsizlikdən narahatlığını ifadə edib. “Bütövlükdə bu yolun yenidən qurulması və təmiri işləri çox ləng gedir. Bu işləri sürətləndirmək, təmir olunmuş hissənin dağılmasının qarşısını almaq lazımdır”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR