Putin: Rusiya digər ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirəcək

Putin: Rusiya digər ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirəcək
# 25 dekabr 2015 01:15 (UTC +04:00)

Bakı-APA. Rusiya digər ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməkdə və inteqrasiya proseslərində iştirak etməkdə davam edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə sahibkarlarla görüşü zamanı bildirib.

“Ölkədə biznes imkanlarını genişləndirmək üçün digər ölkələrlə iqtisadi əlaqələri fəal inkişaf etdirəcəyik, inteqrasiya proseslərində iştirak edəcəyik”, deyə dövlət başçısı bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN ölkələri ilə mümkün iqtisadi tərəfdaşlıqdan danışan Putin şirkət rəhbərlərindən bu əməkdaşlığın mexanizminə dair təklif hazırlamağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR