Xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb

Xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb
# 05 may 2016 12:05 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Təzəpir məscidində xalq şairi Söhrab Tahirlə vida mərasimi başa çatıb. APA-nın xəbərinə görə, vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərləri iştirak edib.

Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

Qeyd edək ki, Söhrab Tahir mayın 4-də 90 yaşında dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR