Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi başlayıb - YENİLƏNİB

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin məhkəməsi başlayıb  - <span style="color: red;">YENİLƏNİB
# 27 may 2016 12:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.


Prosesdə R. Məmmədovun vəkili Akif Əlizadə və İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. İ.Cavadova, həmçinin müdafiə etdiyi şəxsin vəkilinin yanında əyləşməsini istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə heyəti baxış iclasının iyunun 2-nə təyin edildiyini açıqlayıb.


Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq aparılır.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Martın 4-də A. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR