Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri bu ölkənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
# 02 avqust 2016 18:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman ilə görüşüb.

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Pakistanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın davamı və perspektivləri, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb. Ermənistanın son təxribatları, Azərbaycanın işğal olunmuş qədim torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlarda erməni hərbi birləşmələri tərəfindən törədilən vəhşiliklər haqqında məlumat verən səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib.

Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Aman, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu və daim dəstəklədiyini qeyd edib, Pakistanın müdafiə sənayesi müəssisələrinin yeni istehsal imkanları haqqında məlumat verərək Pakistan Hərbi Hava Qüvvələrinin bu sahədə də Azərbaycanla səmərəli əməkdaşlıq edə biləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR