Аğ Ev: ABŞ və Türkiyə liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər - VİDEO

Аğ Ev: ABŞ və Türkiyə liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər - <span style="color: red;">VİDEO
# 10 noyabr 2015 02:35 (UTC +04:00)

Bakı-APA. ABŞ və Türkiyə liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Məlumata əsasən, Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu arasında telefon danışığı olub.

"Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər, mötədil müxalifətin möhkəmləndirilməsi yolunda səylərin genişləndirilməsi və İŞİD qruplaşmasına təzyiqlərin artırılmasının vacibliyini vurğulayıblar. Prezident Obama həmçinin bəyan edib ki, Türkiyədə PKK terroruna son qoyulmalıdır ”, məlumatda deyilir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Antalyada noyabrın 15-16-da keçiriləcək G20 (Böyük İyirmilik) sammiti barədə danışılıb. Qeyd edək ki, ABŞ lideri Türkiyədəki zirvə toplantısında iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR