Binəqədidə ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib

Binəqədidə ordudan tərxis olunmuş gənclərlə görüş keçirilib
# 21 aprel 2016 13:15 (UTC +04:00)

Bakı-APA. Aprelin 21-də Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında ordudan tərxis olunmuş bir qrup rayon gəncləri ilə görüş keçirilib.

Binəqədi İH-dən APA-ya verilən məlumata görə, görüşdə Binəqədi rayon İH başçısının müavini Vüsar İsmayılov, RİH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Rayon Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Həmid Mehdiyev, ordudan tərxis olunmuş və hərbi xidmətə çağırılmış gənclər iştirak ediblər.

Tədbir son günlər qoşunların təmas xəttində şəhid olmuş hərbi xidmətçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Görüşü giriş sözü ilə açan Vüsar İsmayılov torpaqlarımızın 20 faizinin işğal olunduğunu bildirərək düşmənlərimizin törətdikləri məkrli hadisələrdən danışıb. Son hadisələrə toxunan Vüsar İsmayılov qeyd edib ki, artıq dünya Azərbaycan ordusunun hansı gücə malik olduğunu hiss etməkdədir.

Bundan sonra Binəqədi rayonundan şəhid olmuş hərbçilərimizin şücaətini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra Mehman Qurbanov çıxış edərək tərxis olunmuş əsgərlərimizə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Tədbirdə çıxış edən Aslan Mehdiyev, Həmid Mehdiyev ordumuzun qüdrətindən söz açaraq, hərbi xidmətə yola salınacaq çağırışçılara uğurlar diləyib. Görüşdə ordudan tərxis olunmuş əsgərlərdən – Sənan Hacıyev, Vüqar Süleymanov, əsgər atası Fikrət Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış ediblər. Sonda ordudan tərxis olunmuş gənclərə hərbi biletlər təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR