Rafiq Hüseynov Türkiyədə növbəti dəfə müayinədən keçib

Rafiq Hüseynov Türkiyədə növbəti dəfə müayinədən keçib
# 30 oktyabr 2015 14:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədə növbəti dəfə müayinədən keçib.

R. Hüseynovun APA-ya verdiyi məlumata görə, həkimlər onun səhhətində hər hansı təhlükəli hal aşkar etməyiblər: “Vaxtaşırı müayinə vacibdir. Həkimlər növbəti dəfə müayinə etdilər və nəticəyə əsasən dedilər ki, qorxulu heç nə yoxdur. Hər şey yaxşıdır. Amma təbii ki, özümü mümkün qədər qorumalıyam”.

R. Hüseynov əlavə edib ki, növbəti dəfə müayinədən keçmək üçün mart ayında İstanbula yollanacaq.

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR