Siciliya boğazında 1000-dən çox miqrant xilas olunub

Siciliya boğazında 1000-dən çox  miqrant xilas olunub
# 29 avqust 2016 00:21 (UTC +04:00)

Bakı-APA. Avqustun 28-də Siciliya boğazında hava ilə doldurulmuş rezin qayıqlarla Liviyadan İtaliyaya keçmək istəyən 100-dən çox miqrant xilas edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Sahil Mühafizə Xidmətinin məlumatında bildirilir.

Ümumilikdə gün ərzində İtaliya Sahil Mühafizə Xidməti və Hərbi-Dəniz Qüvvələrinin gəmiləri “Open Arms” qeyri-hökumət təşkilatının iştirakı 11 əməliyyat həyata keçirib.

Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Miqrantlar İtaliyanın cənub limanlarına çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR