Avtomobillərdən oğurluq edən şəxs tutulub

Avtomobillərdən oğurluq edən şəxs tutulub
# 15 fevral 2016 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini 1969-cu il təvəllüdlü Əli Allahverdiyev saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, müəyyən edilib ki, o, fevralın 8-də «Binə» ticarət mərkəzinin yaxınlığında Təranə Aslanovaya məxsus «BMW» markalı avtomobildən şüşəni sındırmaqla içərisində 100 manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və sənədlər olan əl çantasını, fevralın 12-də Arif Kərimova məxsus «Mercedes» markalı avtomobildən 80 manat, şəxsiyyət vəsiqəsi, mobil telefon və fevralın 13-də Pərvanə Eynəliyevaya məxsus «Nissan» markalı avtomobildən isə planşet, 1200 manat və 100 ABŞ dolları oğurlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR