Sumqayıtda marşrut avtobusu minik maşını ilə toqquşub, iki nəfər ölüb

Sumqayıtda marşrut avtobusu minik maşını ilə toqquşub, iki nəfər ölüb
# 29 iyun 2016 10:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərinin Sülh küçəsində Ramil Tahirovun idarə etdiyi “Hyundai” markalı və şəhər sakini Şəmsəddin Nəcəfovun 3 saylı xətt üzrə idarə etdiyi “Isuzu” markalı avtomobillər toqquşub. Nəticədə R.Tahirov və sərnişinlərindən Əzizə Əzimova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR