"Bank Standard"da olan əmanətlərin həcmi açıqlanıb

"Bank Standard"da olan əmanətlərin həcmi açıqlanıb
# 04 oktyabr 2016 09:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank Standard" QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin cəmi 603 mln. manat, qorunan əmanətlərin cəmi 568 mln. manat, kompensasiya olunan əmanətləri isə 460 mln. manat təşkil edir.


"APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Bu dəyişən rəqəmdir, çünki əmanətlərin çox hissəsi xarici valyutadadır", - deyə A. Cavadov əlavə edib.


Onun sözlərinə görə, qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bu əmanətçilərdən 50 min nəfərin kompensasiya məbləği 1 manatdan yuxarıdır.


Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Bank Standard" QSC-nin lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR