Türkiyənin baş naziri: "Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verəcək"

Türkiyənin baş naziri: "Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verəcək"
# 07 avqust 2016 20:19 (UTC +04:00)

Bakı-APA. Fəthullah Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verməli olacaq.


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda keçirilən mitinqdə bəyan edib.


"Siz hamınız bilməlisiniz ki, terror qruplaşmasının rəhbəri Gülən Türkiyəyə qaytarılacaq və cinayət əməllərinə görə məhkəmə qarşısında cavab verəcək ", - deyə B. Yıldırım bildirib.


Onun sözlərinə görə, hökumət çevrilişə cəhd edənlərə qarşı münasibətdə intiqam hissi deyil, qanunu rəhbər tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR