Rusiya və Türkiyə ilin sonunadək ticarət əməkdaşlığına dair proqram hazırlayacaqlar

Rusiya və Türkiyə ilin sonunadək ticarət əməkdaşlığına dair proqram hazırlayacaqlar
# 09 avqust 2016 20:31 (UTC +04:00)

Bakı-APA. Rusiya və Türkiyə 2019-cu ilədək dövrü əhatə edəcək ticarət əməkdaşlığına dair proqramı bu ilin sonunadək hazırlayıb başa çatdıracaqlar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib.

“Strateji məsələlərin həlli məqsədilə 2019-cu ilədək dövrü əhatə edəcək iqtisadi-ticarət, elmi-texniki və mədəni əlaqələr proqramını tezliklə hazırlayıb başa çatdırmaq qərara alınıb. Biz türkiyəli həmkarlarımızla ilin sonunadək bu işləri yekunlaşdırmaq və proqramı imzalamağa hazırlamaq niyyətindədik”, - deyə Ulyukayev Rusiya və Türkiyənin işgüzar dairələrinin görüşündə bildirib.

“Biz xidmətlərin alqı-satqısı, investisiya, ticarət sahəsində liberallaşdırılmaya dair sazişin əldə olunması istiqamətində işlərin bərpa olunmasına böyük əhəmiyyət veririk”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, sentyabrın əvvəlində məsələ ilə əlaqədar məsləhətləşmələrin aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR