Malayziyanın Milli Günü münasibətilə mətbuat konfransı keçirilib - FOTO

Malayziyanın Milli Günü münasibətilə mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2015 09:36 (UTC +04:00)

Bakı Türbət Bağırova - APA. Bakıda Malayziyanın 58-ci Milli Günü münasibətilə mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Malayziya Turizm və Mədəniyyət Nazirliyi baş katibinin müavini Datuk Haji Ab. Ghafar A. Thambi, Malayziyadan olan rəqs qrupu iştirak edib.


Səfir Roslan Abdul Rahman Malayziyanın Azərbaycandakı səfirliyinin ötən il açıldığını deyib. O bildirib ki, səfirliyin açılışında Malayziya baş nazirinin müavini də iştirak edib. Ölkələr arasında sıx dostluq münasibətlərinin olduğuna diqqət çəkən R. A. Rahman 18-20 sentyabr tarixində Dənizkənarı bulvarda Malayziya Mədəniyyət Festivalının keçiriləcəyini bildirib. Səfirin sözlərinə görə, Azərbaycan yüksək mədəni dəyərləri olan ölkədir və Malayziya da öz mədəniyyətini Azərbaycanla bölüşmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR