Dünyaya uşaq gətirən anasını görməyə gedən 13 yaşlı oğlan xəstəxanada yıxılaraq xəsarət alıb

Dünyaya uşaq gətirən anasını görməyə gedən 13 yaşlı oğlan xəstəxanada yıxılaraq xəsarət alıb
# 01 oktyabr 2015 08:14 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 30-u saat 21:30 radələrində Balakən rayonu Katex kənd sakini, 2002-ci il təvəllüdlü Həbibullah Mirlav oğlu İsayev Zaqatala MRX-nın ikinci mərtəbəsinə qalxarkən pilləkəndən yıxılıb. Ağır qapalı kəllə-beyin travması alan yeniyetmə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, H. İsayevin anası 2 gün əvvəl həmin xəstəxanada qeyseriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR