Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub

Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub
# 30 sentyabr 2015 05:19 (UTC +04:00)

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident Hakkari bölgəsinin Semdinli rayonunda qeydə alınıb.

Məlumata görə, terrorçular Şemdinli-Yuksekova avtomobil yolunda partlayıcı qurğunu hərbi maşın keçərkən işə salıblar.

Təhlükəsizlik qüvvələri terrorçuların müəyyən edilərək məhv edilməsi istiqamətində irimiqyaslı əməliyyat keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR